AZ

Saşa İliç: “Nəticə ürəyimizcə olmasa da, maraqlı oyun oldu” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 19-cu turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Saşa İliç görüşdən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Nəticə ürəyimizcə olmasa da, maraqlı oyun getdi. Gözəl qollara şahidlik etdik. Müdafiə xəttində bir sıra dəyişikliklər etmişdik. Lakin bunun nəticəyə təsiri olmadığını düşünürəm. Artıq bu oyunu unudub növbəti qarşılaşmaya hazırlaşmalıyıq.

Rüstəm Əhmədzadə komandamız üçün çox vacib oyunçudur. Zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasını geri qaytarana qədər, meydana sonradan daxil ola bilir. Təbii ki, bu həftə məşqlərdə baxacağıq. Tam uyğun olsa, onu qarşıdakı həftədən əsas heyətdə meydanda görəcəyik.

Rüstəmlə yanaşı, daha 2 futbolçumuz zədəlidir. Onlar da sıraya qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan gələcəkdə maksimum istifadə edəcəyik.

Toplanışda öz istəyim olub ki, bizdən daha güclü çempionatda oynayan komandalarla oynayaq. Özü də, hazırlıq zamanı oyunların nəticəsi mənim üçün vacib deyil. Hesab etmirəm ki, toplanışımız zəif keçib”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
8
9
arena.az

10Mənbələr