Misli Premyer Liqasının 19-cu turunda "Sabah" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil” yazır ki, yarışın 9-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Umarali Raxmonaliyev hesabı açıb. 2 dəqiqə sonra – 11-ci dəqiqədə isə Aron Maluda bakılıların ikinci qolunun müəllifi olub. 16-cı dəqiqədə “bəyquşlar” "Araz-Naxçıvan"ın qapısından üçüncü topu keçirib. Bu dəfə Xəyal Əliyev topu qapı xəttindən keçirib – 3-0. O, 68-ci dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunun müəllifi olub.
86-cı dəqiqədə Felipe Santos buraxılan qollardan birinin əvəzini çıxıb.
Misli Premyer Liqası,
19-cu
8 fevral
16:00. "Sabah" 4–1 "Araz-Naxçıvan"
Qollar: Umarali Raxmonaliyev 9 – pen.(1-0), Aron Maluda 11 (2-0), Xəyal Əliyev 16 (3-0) Xəyal Əliyev, 68 (4-0), Felipe Santos 86 (4-1)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
"Bank Respublika Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”