RU

​Yaponiyada güclü qar: ölənlərin sayı 45-ə çatdı

Yaponiyada yanvarın 20-dən etibarən təsirini göstərən güclü qar yağışı nəticəsində həyatını itirənlərin sayı 45-ə yüksəlib. Metbuat.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, əlverişsiz hava şəraiti xüsusilə ölkənin şimal və dağlıq bölgələrində ciddi fəsadlara yol açıb. Qar uçqunları, yol-nəqliyyat qəzaları və şaxtalı hava şəraiti nəticəsində onlarla insan xəsarət alıb. Bir sıra yaşayış məntəqələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, minlərlə ev elektrik enerjisiz qalıb.

Meteoroloji qurumlar yaxın günlərdə də intensiv qar yağışının davam edəcəyi barədə xəbərdarlıq edərək əhaliyə ehtiyatlı olmağı tövsiyə edib.

Избранный
33
1
metbuat.az

10Источники