AZ

Yaponiyada qar fırtınası nəticəsində ölənlərin sayı 38-ə çatıb

Yaponiya Yanğından Mühafizə və Xilasetmə Agentliyinin saytında dərc olunmuş statistikasına görə, yanvarın 20-də Yaponiyanın şimalına və Yapon dənizi sahillərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

QHT.az xəbər verir ki, ölənlər arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yol və cığırlar təmizləyərkən xəstələnənlər var idi. Ən çox itki Niigata (14), Akita (7) və Yamaqata (5) prefekturalarında qeydə alınıb. Hokkaydo və Aomoridə daha dörd nəfər ölüb. Ölüm halları Naqano, Şimane, İvate və Kioto prefekturalarında da baş verib. Qar yağışı nəticəsində daha 413 nəfər xəsarət alıb, onlardan 142-si ağır yaralanıb.

Lakin yerli hökumət məlumatlarına əsaslanan hesablamalara görə, Yaponiyada qış boyunca qar yağması nəticəsində 61 nəfər ölüb.

Son həftələrdə Yaponiyanın bir neçə prefekturasında xüsusilə güclü qar yağışı baş verib və əsasən Niiqata, Hokkaydo, Akita və Yamaqata əyalətlərinə təsir edib. Əhaliyə kömək etmək üçün hərbi hissələr göndərilib.

 

R.İmanov

Seçilən
13
qht.az

1Mənbələr