RU

Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən qəbiristanlıq baxımsız haldadır.

Publika.az xəbər verir ki, ərazidəki qamışlar qəbirlərin üzərini örtüb və qəbiristanlıq artıq ziyarətolunmaz vəziyyətə düşüb. Həmçinin ərazidə gölməçə də yaranıb.

40 mindən çox məzara məkan olan qəbiristanlıq uzun müddətdir, gözdən iraq, təmizlikdən uzaqdır.

Sakinlərin sözlərinə görə, onlar yaxınlarını ziyarət edə bilmirlər, əsas problem qəbiristanlıqdakı gölməçənin qəbirləri suya qərq etməsidir.

Избранный
19
8
publika.az

9Источники