Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib. Ermənistan mediasının yazdığına görə, iclasda 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat təqdim olunub.
Toplantıda Bakı ilə İrəvan arasında müharibə başa çatdıqdan sonra ölkənin xarici siyasət əlaqələrinin inkişafında uğurlu irəliləyiş qeyd edilib.
"Ermənistan 2025-ci ildə sülhün təmin edilməsi istiqamətində işləməyə davam edib, Azərbaycanla sülhün bərqərar olmasına, möhkəmləndirilməsinə və institusionallaşdırılmasına fəal şəkildə yardım göstərib", - Ermənistan XİN başçısı Ararat Mirzoyanın təqdim etdiyi hesabatda deyilir.
İclasda sülh prosesində qeydə alınmış ən mühüm hadisələr, o cümlədən sülh sazişi mətninin razılaşdırılması və imzalanması, ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqton sazişləri, ümumilikdə dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər müzakirə edilib.
Mətləb
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.