AZ

Pasinyan Ermənistan XİN-də iclas keçirib

Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib. Ermənistan mediasının yazdığına görə,iclasda 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat təqdim olunub.

Toplantıda Bakı ilə İrəvan arasında müharibə başa çatdıqdan sonra ölkənin xarici siyasət əlaqələrinin inkişafında uğurlu irəliləyiş qeyd edilib.

"Ermənistan 2025-ci ildə sülhün təmin edilməsi istiqamətində işləməyə davam edib, Azərbaycanla sülhün bərqərar olmasına, möhkəmləndirilməsinə və institusionallaşdırılmasına fəal şəkildə yardım göstərib", - Ermənistan XİN başçısı Ararat Mirzoyanın təqdim etdiyi hesabatda deyilir.

İclasda sülh prosesində qeydə alınmış ən mühüm hadisələr, o cümlədən sülh sazişi mətninin razılaşdırılması və imzalanması, ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqton sazişləri, ümumilikdə dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər müzakirə edilib.

Mətləb

Seçilən
8
7
sia.az

9Mənbələr