RU

İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb

İsmayıllıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, fevralın 7-də saat 02:00 radələrində Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə İsmayıllı rayonunun Xanagah kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Избранный
9
13
interpress.az

10Источники