AZ

İsmayıllıda maşın piyadanı vurdu

İsmayıllıda avtomobil piyadanı vurub.

Hadisə rayonun Xanagah kəndi ərazisində qeydə alınıb.

Belə ki, fevralın 7-də saat 2 radələrində Zaur Bilalov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

Seçilən
14
10
news365.az

10Mənbələr