RU

Gecə saatlarında TikTok a stop? Avropa yeni qaydalar hazırlayır

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Avropa Komissiyası hesab edir ki, "TikTok" platformasında "sonsuz sürüşdürmə", "avtomatik oynatma", "push bildirişləri" və tam fərdiləşdirilmiş sistem kimi funksiyaların birləşdirilməsi asılılıq yaradan dizayn modeli formalaşdırır və bu, Avropa Rəqəmsal Xidmətlər Qanununu (ARX) poza bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuata açıqlamasında bildirilib.

Avropa Komissiyası "TikTok"un fəaliyyətini formalaşdıran dizayn elementləri ilə bağlı risklərin azaldılması üçün ağlabatan, mütənasib və effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Sənəddə qeyd olunur ki, ekran vaxtına nəzarət və valideyn nəzarəti ilə bağlı mövcud funksiyalardan istifadə tətbiqin istifadəsinin məhdudlaşdırılmasına müəyyən imkanlar yaratsa da, bu tədbirlər kifayət hesab edilmir.

Bu əsasla Avropa qurumu sosial şəbəkənin xidmətinin əsas dizaynında dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib.

Mətbuatda bildirilib ki, xüsusilə asılılıq yaradan "sonsuz sürüşdürmə" funksiyasının söndürülməsi, gecə saatları da daxil olmaqla effektiv ekran vaxtı məhdudiyyətlərinin tətbiqi, eləcə də istifadəçilər üçün dəstək mexanizmlərinin gücləndirilməsi vacib sayılır.

Avropa Komissiyasının sözçüsü Tomas Reynier Brüsseldə keçirilən brifinqdə bildirib ki, Komissiyanın irəli sürdüyü narahatlıqlar aradan qaldırılmadığı təqdirdə, şirkət qlobal illik dövriyyəsinin 6 faizinədək cərimə ilə üzləşə bilər.

Qeyd edək ki, "TikTok"un Rəqəmsal Xidmətlər Qanununa uyğunluğu ilə bağlı araşdırmaya 2024-cü ilin fevral ayında Avropa İttifaqında başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
37
oxu.az

10Источники