AZ

Rəsmi: TikTok uşaqların sağlamlığına zərər vurmaqda ittiham olunur

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Komissiyası Çinin "TikTok" platformasının Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Qanununun (DSA) tələblərini pozduğu barədə ilkin qənaətə gəlib və şirkəti dəyişikliklər etməyə çağırıb, əks təqdirdə isə böyük məbləğdə cərimə ilə hədələyib.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə Aİ-nin rəsmi nümayəndəsi Tomas Renye bildirib.

Onun sözlərinə görə, araşdırmanın ilkin nəticələri göstərib ki, "TikTok" platformanın asılılıq yaradan funksiyalarının istifadəçilərin, o cümlədən yetkinlik yaşına çatmayanların və həssas böyüklərin fiziki, psixi sağlamlığına necə zərər verə biləcəyini lazımi qaydada qiymətləndirməyib.

Renye qeyd edib ki, "TikTok"un Aİ-də təxminən 170 milyon istifadəçisi var, onların da əksəriyyəti uşaqlardır. Avropa Komissiyasının məlumatına görə, 12-15 yaşlı yeniyetmələrin 7%-i gün ərzində bu tətbiqdə 4-5 saat vaxt keçirir.

Avropa Komissiyasından bildiriblər ki, "TikTok" bu risklərin azaldılması üçün səmərəli tədbirlər görməyib. Avropa Komissiyasının tələbləri yerinə yetirilmədiyi təqdirdə, şirkət Aİ qanunvericiliyini pozmuş hesab edilə, bu da onun illik qlobal dövriyyəsinin 6%-ə qədər həcmində cərimələnməsi ilə nəticələnə bilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
37
cebheinfo.az

10Mənbələr