RU

Kriştiano Ronaldoya görünməmiş dəstək Video

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kriştiano Ronaldoya görünməmiş dəstək - Video

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının azarkeşləri Kriştiano Ronaldoya dəstək ifadə ediblər.

QOL.az xəbər verir ki, fevralın 6-da “Əl-İttihad”a qarşı mərkəzi matçda Kriştiano Ronaldonun etiraz olaraq yenidən oyuna çıxmaması tribunalarda böyük əks-səda doğurub. Minlərlə “Əl-Nəsr” fanatı “Kral Səud Universiteti” stadionunda portuqaliyalı forvarda olan sevgilərini nümayiş etdirərək tribunaları 7 dəqiqə ərzində Ronaldonun ikonik “7” nömrəsi yazılmış pankartlarla bürüyüblər.

Xatırladaq ki, Ronaldo klubun sahibi olan Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr”ə qarşı ayrı-seçki münasibətinə görə artıq 2 oyundur komandasının matçlarını boykot edir. Azarkeşlər bu səbəbdən ona açıq dəstək nümayiş etdirib.

Ronaldonun yoxluğunda “Əl-Nəsr” “Əl-İttihad” üzərində 2:0 hesablı qələbə qazanıb. Komandanın qollarını Mane və Angelo vurub. Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Əl-Nəsr” lider “Əl-Hilal”la xal fərqini 1-ə endirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
2
qol.az

3Источники