Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının azarkeşləri Kriştiano Ronaldoya dəstək ifadə ediblər.
Bizim.Media xəbər verir ki, fevralın 6-da “Əl-İttihad”a qarşı mərkəzi matçda Kriştiano Ronaldonun etiraz olaraq yenidən oyuna çıxmaması tribunalarda böyük əks-səda doğurub.
Minlərlə “Əl-Nəsr” fanatı “Kral Səud Universiteti” stadionunda portuqaliyalı forvarda olan sevgilərini nümayiş etdirərək tribunaları 7 dəqiqə ərzində Ronaldonun ikonik “7” nömrəsi yazılmış pankartlarla bürüyüblər.
Xatırladaq ki, Ronaldo klubun sahibi olan Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr”ə qarşı ayrı-seçki münasibətinə görə artıq 2 oyundur komandasının matçlarını boykot edir. Azarkeşlər bu səbəbdən ona açıq dəstək nümayiş etdirib.
Ronaldonun yoxluğunda “Əl-Nəsr” “Əl-İttihad” üzərində 2:0 hesablı qələbə qazanıb. Komandanın qollarını Mane və Angelo vurub. Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Əl-Nəsr” lider “Əl-Hilal”la xal fərqini 1-ə endirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta