RU

Rusiya Ermənistanda təhlükə aşkarlayıb

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya televiziyasına müsahibəsində belə deyib. “Qərbə bağlı olan və ondan maliyyələşən qeyri-hökumət təşkilatlarının fəallığının artması çox nəzərə çarpır. Onların fəaliyyəti Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmağa yönəlib”, - Kopırkin iddia edib.

Moskvadan İrəvana növbəti xəbərdarlıq

Bütün bu resursların “dünyada baş verən proseslərin təhrif olunmuş mənzərəsini” yayımladığını bildirən rusiyalı diplomat erməni tərəfdaşları “ikitərəfli münasibətlərə hibrid təhlükələri neytrallaşdırmaq üçün dialoqa” çağırıb. Kopırkinin fikrincə, Avropa İttifaqı (Aİ) respublikada fəaliyyəti “getdikcə daha çox hərbiləşdirilmiş forma alır, açıq şəkildə anti-Rusiya siyasəti aparır”. Bununla belə, Moskva Ermənistanın öz tərəfdaşlarını və inteqrasiya vektorlarını seçmək üzrə suveren hüququna hörmət edir. Lakin Ermənistanın hakimiyyət orqanları Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı reallıqları nəzərə almalıdırlar. Xatırladaq ki, son vaxtlar Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda Moskvanın İrəvana xəbərdarlıq mesajları əhəmiyyətli dərəcədə intensivləşib. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
azvision.az

2Источники