“Qərbə bağlı olan və ondan maliyyələşən qeyri-hökumət təşkilatlarının fəallığının artması çoxnəzərə çarpır. Onların fəaliyyəti Rusiyanı və Rusiya-Ermənistan münasibətlərini gözdən salmağa yönəlib”,- Kopırkin iddia edib.
![]() |
| Moskvadan İrəvana növbəti xəbərdarlıq |
Kopırkinin fikrincə, Avropa İttifaqı (Aİ) respublikada fəaliyyəti “getdikcə daha çox hərbiləşdirilmiş forma alır, açıq şəkildə anti-Rusiya siyasəti aparır”. Bununla belə, Moskva Ermənistanın öz tərəfdaşlarını və inteqrasiya vektorlarını seçmək üzrə suveren hüququna hörmət edir.
Lakin Ermənistanın hakimiyyət orqanları Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı reallıqları nəzərə almalıdırlar.
Xatırladaq ki, son vaxtlar Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda Moskvanın İrəvana xəbərdarlıq mesajları əhəmiyyətli dərəcədə intensivləşib.
Sahil İsgəndərov
AzVision.az
