RU

Rahim Sterlinqə təklif yoxdur

“Çelsi”nin sabiq futbolçusu Rahim Sterlinq bu mövsüm İngiltərə Premyer Liqasında forma geyinməyəcək.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi sərbəst agent statusunda olsa da, qeydiyyat müddəti bitənədək yeni klub tapa bilməyib.

Premyer Liqa qaydalarına əsasən, azad agentlərin martın 26-dək transferi mümkündür, lakin hazırda heyətində boş yer olan klub yoxdur.

Qeyd edək ki, Sterlinq cari mövsümdə hələ meydana çıxmayıb.

Избранный
95
idmanxeber.az

1Источники