Yazını böyüt
Yazını kiçilt
Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.
Hafta.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəzi Aparatın əsas idarəetmə strukturudur.
Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O, həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub. General 2024-cü ildə ikinci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. /"Qafqazinfo"/
