RU

Avtomobil marketə girdi: Ölənlər var

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində bir avtomobilin marketə daxil olması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ABŞ-də, Kaliforniya ştatına bağlı Los-Anceles şəhərində baş verib.

Məlumata görə, avtomobil əvvəlcə velosipedlə toqquşub, daha sonra isə marketə girib. Nəticədə 3 nəfər həyatını itirib, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Los-Anceles Yanğınsöndürmə İdarəsinin yaydığı açıqlamada bildirilib ki, hadisə yerli vaxtla saat 12:00 radələrində qeydə alınıb. Sürücü idarəetməni itirərək avtomobillə marketin çörəkbişirmə bölməsinə daxil olub.

Избранный
15
1
cebheinfo.az

2Источники