ain.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində bir avtomobilin marketə daxil olması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ABŞ-də, Kaliforniya ştatına bağlı Los-Anceles şəhərində baş verib.
Məlumata görə, avtomobil əvvəlcə velosipedlə toqquşub, daha sonra isə marketə girib. Nəticədə 3 nəfər həyatını itirib, 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin yaydığı açıqlamada bildirilib ki, hadisə yerli vaxtla saat 12:00 radələrində qeydə alınıb. Sürücü idarəetməni itirərək avtomobillə marketin çörəkbişirmə bölməsinə daxil olub.
Hadisə ilə bağlı daxil olan məlumatdan sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Açıqlamada 3 nəfərin hadisə yerində həyatını itirdiyi təsdiqlənib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.