RU

​Üç il keçir: 53 mindən çox insan ölmüşdü

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ildönümü qeyd olunur.

Metbuat.az xəbər verir ki, 3 il əvvəl yerli vaxtla saat 04:17-də Kahramanmaraşın Pazarcıq rayonunda 7,7 bal gücündə güclü zəlzələ qeydə alınıb. Bir neçə saat sonra isə Elbistan rayonunda 7,6 bal gücündə ikinci zəlzələ baş verib. Ardıcıl yeraltı təkanlar fəlakətin miqyasını daha da genişləndirib.

Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 53 mindən çox insan həyatını itirib, yüz minlərlə vətəndaş yaralanıb. Minlərlə yaşayış binası, sosial obyektlər və infrastruktur tamamilə dağıdılıb, milyonlarla insan evsiz qalıb.

Zəlzələ ən çox Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Malatya, Şanlıurfa, Adana, Osmaniye və Diyarbəkir şəhərlərində ağır nəticələrə səbəb olub. Təbii fəlakət Türkiyənin digər bölgələrində, eləcə də Suriya və Yaxın Şərqin bəzi ərazilərində hiss edilib.

Faciədən sonra Türkiyə və beynəlxalq ictimaiyyət genişmiqyaslı axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarına başlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
metbuat.az

10Источники