RU

Rusiya ordusunun general-leytenantına sui-qəsd edilib

Moskva, 6 fevral, AZƏRTAC

Moskvada Rusiya ordusunun general-leytenantı Vladimir Alekseyevə sui-qəsd edilib. Odlu silahdan açılan atəş nəticəsində yaralanan zabit hospitala çatdırılıb.

AZƏRTAC xəbər verir ki, naməlum sui-qəsdçi Volokolamsk şossesindəki yaşayış binasının yaxınlığında ona arxadan bir neçə dəfə atəş açıb. Həmin şəxs atəş açdıqdan sonra hadisə yerindən qaçıb və zərərçəkən tibbi yardım üçün tez bir zamanda Moskvadakı xəstəxanaya aparılıb.

İstintaq orqanları qəsdən adamöldürməyə cəhd və qanunsuz odlu silah qaçaqmalçılığı ittihamları ilə cinayət işi açıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
120
2
azertag.az

3Источники