AZ

Rusiya ordusunun general-leytenantına sui-qəsd edilib

Yazını böyüt
Yazını kiçilt

Moskvada Rusiya ordusunun general-leytenantı Vladimir Alekseyevə sui-qəsd edilib. Odlu silahdan açılan atəş nəticəsində yaralanan zabit hospitala çatdırılıb.

Hafta.az xəbər verir ki, naməlum sui-qəsdçi Volokolamsk şosesindəki yaşayış binasının yaxınlığında ona arxadan bir neçə dəfə atəş açıb. Həmin şəxs atəş açdıqdan sonra hadisə yerindən qaçıb və zərərçəkən tibbi yardım üçün tez bir zamanda Moskvadakı xəstəxanaya aparılıb.

İstintaq orqanları qəsdən adamöldürməyə cəhd və qanunsuz odlu silah qaçaqmalçılığı ittihamları ilə cinayət işi açıb.

Seçilən
39
2
hafta.az

3Mənbələr