ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Dünən Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə saat 12:30-da insident baş verib. 14 yaşlı uşağın sinif yoldaşı tərəfindən döyüldüyü iddia olunur. Xəsarət alan uşağın durumu ilə bağlı açıqlama verilib.Bizim.Media xəbər verir ki, bu barədə “Oxu.az”ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.Qeyd olunub ki, 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub:"Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir".Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.