AZ

Məktəbdə döyüldüyü iddia edilən şagirdlə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır - YENİLƏNİB

Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

Qeyd olunub ki, faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır.

Emin Şirvanzadə

***

10.12

Dünən saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insdent baş verməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

Seçilən
1
1
apa.az

10Mənbələr