RU

İran ilk dəfə olaraq yeraltı hipersəs raketlər yerləşdirdi » AzadMedia.az


İran ordusu ABŞ və İsrail ilə vəziyyətin gərginləşməsi halında hərbi hazırlıqlara başlayıb. Hərbçilər yeraltı buraxılış qurğularına "Xorrəmşəhr-4" hipersəs raketlər yerləşdiriblər.
Fars agentliyi İİKK-dəki mənbəyə istinadən bildirib ki, İran Silahlı Qüvvələri ilk dəfə olaraq yeraltı bunkerlərə "Xorrəmşəhr-4" hipersəs ballistik raketlər yerləşdirib.

Mənbənin məlumatına görə, raket atmosferdən kənarda 16 Max, atmosferdə isə təxminən 8 Max sürətlənə bilir. Raket İsrail ərazisinə 10 dəqiqəyə çata bilər, uçuş məsafəsi təxminən 2 min km-dir.

Qeyd edək ki, ötən yay İsrail ordusu anbarlara "Xorrəmşəhər-4" raketləri ilə zərbələr endirib. İran hakimiyyəti daha sonra ölkə ordusunun hücumlardan sonra raket potensialını bərpa etdiyini bildirib.
Избранный
9
1
azadmedia.az

2Источники