GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin antibiotiklərin əsaslı səbəblər olmadan müalicədə geniş şəkildə istifadəsini tənqid edib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, elm və innovasiya sahəsində mükafatları təqdim edərkən gənc alimlərlə qeyri-rəsmi söhbətində bildirib.
“Antibiotiklər lazım olan yerdə də, lazım olmayan yerdə də istifadə olunur. Sadə nümunə: adam öskürən kimi dərhal antibiotik verirlər”, – Putin qeyd edib.
Söhbətdə iştirak edən gənc alimlərdən biri uzun müddətdir antibiotikləri araşdırdığını söyləyib.
“Yaxşı olardı ki, sizin tədqiqatlarınız sayəsində hamımızın uzun bir yolu olsun”, – Rusiya lideri gülümsəyərək ona cavab verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.