EN

Putin antibiotiklərdən çox istifadəni tənqid etdi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin antibiotiklərin əsaslı səbəblər olmadan müalicədə geniş şəkildə istifadəsini tənqid edib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, elm və innovasiya sahəsində mükafatları təqdim edərkən gənc alimlərlə qeyri-rəsmi söhbətində bildirib.

“Antibiotiklər lazım olan yerdə də, lazım olmayan yerdə də istifadə olunur. Sadə nümunə: adam öskürən kimi dərhal antibiotik verirlər”, – Putin qeyd edib.

Söhbətdə iştirak edən gənc alimlərdən biri uzun müddətdir antibiotikləri araşdırdığını söyləyib.

“Yaxşı olardı ki, sizin tədqiqatlarınız sayəsində hamımızın uzun bir yolu olsun”, – Rusiya lideri gülümsəyərək ona cavab verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
globalinfo.az

2Sources