Əbu-Dabidə üçtərəfli danışıqların ikinci günü başlayıb, bu danışıqlarda Ukrayna və Rusiya ABŞ-ın vasitəçiliyi ilə iştirak edir. Oxuməni.az-ın verdiyi məlumata görə, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov "Telegram"da bildirib.
"Dünənki ilə eyni formatda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və mövqelərin sonrakı sinxronizasiyası", - deyə o yazıb.
Danışıqların ikinci gününün başlanmasını TASS agentliyinin mənbəyi də təsdiqləyib. Onun məlumatına görə, görüşlərdə iqtisadi məsələlər, ərazilər və atəşkəs mexanizmi müzakirə olunur.
Danışıqların birinci günü fevralın 4-də keçirilib. Onun nəticələrinə görə, nə Rusiya, nə də Ukrayna tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Umerov işin "məzmunlu və məhsuldar, konkret addımlar və praktik həllər istiqamətində" olduğunu bildirmişdi.
Almaz Həsənli