Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci günü başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib.
“Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, - Umerov qeyd edib.
Qeyd edək ki, Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar ötən gün başlayıb.
Xatırladaq ki, Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.