RU

Yüksək Liqa: XII tur start götürür

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutacaq.

Bunlardan ikisi eyni məkanda - Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək. Belə ki, saat 16:00-da "Azərreyl" UNEC-lə, 18:00-da isə "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq. 

"Turan" isə doğma meydanda "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.

 

Избранный
3
1
fanat.az

2Источники