Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə üç görüş baş tutacaq.
Bunlardan ikisi eyni məkanda - Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək. Belə ki, saat 16:00-da "Azərreyl" UNEC-lə, 18:00-da isə "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.
"Turan" isə doğma meydanda "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da Tovuz Olimpiya İdman Kompleksində start götürəcək.