RU

Məktəbdə pəncərədən yıxılan uşaq özəl tibb müəssisəsinə təxliyə olundu

Bakı. Trend:

2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrindəailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyəolunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki TibbiMərkəzdən məlumat verilib.

"Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa vəsol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə KlinikiTibbi Mərkəzin Reanimasiya şöbəsinə zəruri tibbi xidmətlərgöstərilib, onun vəziyyəti ağır qiymətləndirilib", - məlumatda qeydedilib.

Əldə etdiyimiz məlumata görə, məktəb rəhbərliyi və BŞTİ-ninnümayəndələri də səhiyyə müəssisəsində olub, məktəbliyə baş çəkib,həkim və valideynlərlə görüşüblər. Məktəblinin müayinə və müalicəsiistiqamətində aparılan tədbirlər diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, ötən gün 163 nömrəli tam orta ümumtəhsilməktəbinin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində məktəbinpəncərəsindən yıxılıb. O, sol biləyin sınığı diaqnozu ilə KlinikiTibbi Mərkəzə hospitalizasiya olunub.

Избранный
10
7
az.trend.az

3Источники