AZ

Məktəbdə pəncərədən yıxılan uşaq özəl tibb müəssisəsinə təxliyə olundu

2010-cu il təvəllüdlü şəxs (kişi) dünən saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

"Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə zəruri tibbi xidmətlər göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib", - məlumatda qeyd edilib.

Əldə etdiyimiz məlumata görə, məktəb rəhbərliyi və BŞTİ-nin nümayəndələri də səhiyyə müəssisəsində olub, məktəbliyə baş çəkib, həkim və valideynlərlə görüşüblər. Məktəblinin müayinə və müalicəsi istiqamətində aparılan tədbirlər diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, ötən gün 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi ehtiyatsızlıq nəticəsində məktəbin pəncərəsindən yıxılıb. O, sol biləyin sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
7
olaylar.az

3Mənbələr