RU

Kollina penalti qaydasında dəyişiklik təklifi edib

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina normal oyun vaxtında təyin olunan penaltilərin icra qaydasının dəyişdirilməsini təklif edib.

Ölkə.Az Offsideplus.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, mövcud sistemdə hücumçu ilə qapıçı arasında ciddi balanssızlıq mövcuddur.

Kollina bildirib ki, statistikaya əsasən penalti zərbələrinin təxminən 75 faizi qolla nəticələnir və üstəlik, qapıçıdan qayıdan topların tamamlanması hücum edən komandaya əlavə üstünlük yaradır.

FIFA rəsmisi çıxış yolu kimi penalti seriyalarında tətbiq olunan “tək zərbə” qaydasının normal oyun vaxtında da istifadəsini təklif edib. Bu sistemdə qapıçıdan qayıdan topa ikinci zərbə vurmaq qadağan olunur:

“Ya qol vurulur, ya da oyun qapı zərbəsi ilə davam edir.”

Kollina qeyd edib ki, bu dəyişiklik penalti zərbəsindən əvvəl cərimə meydançasında yaranan sıxlığı da aradan qaldıracaq. Onun sözlərinə görə, hazırkı mənzərə start xəttində yarışa hazırlaşan atları xatırladır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
olke.az

3Источники