Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisiyə Türkiyənin yerli istehsalı olan “Togg” elektrik avtomobilini hədiyyə edib.
Publika.az xəbər verir ki, Sisiyə “Anadolu” rəngində “Togg” bağışlanıb.
Liderlər Əl-İttihadiyə sarayının bağçasındakı avtomobildə şəkil çəkdiriblər.
Ərdoğan Türkiyə-Misir Biznes Forumunun bağlanış iclasının keçirildiyi otelə Sisinin idarə etdiyi “Togg”da gedib.