AZ

Ərdoğan həmkarına “Togg” hədiyyə etdi FOTO

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir lideri Əbdülfəttah əs-Sisiyə Türkiyənin yerli istehsalı olan “Togg” elektrik avtomobilini hədiyyə edib.

Gununsesi.info xəbər verir ki, Ərdoğan Sisiyə “Anadolu” rəngində “Togg” bağışlayıb.

İki lider sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın müşayiəti ilə Əl-İttihadiyə sarayının bağçasında maşının içərisində şəkil çəkdirib.

Ərdoğan daha sonra Sisinin idarə etdiyi “Togg”da Türkiyə-Misir Biznes Forumunun bağlanış iclasının keçirildiyi otelə gedib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

4Mənbələr