RU

Azərbaycanda professor vəfat etdi

Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o, dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, O. Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

Избранный
13
15
publika.az

10Источники