AZ

Bu universitetin professoru vəfat etdi


Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib. 
Gender.az Teleqraf-a istinadla xəbər verir ki, mərhumun səhhəti anidən ağırlaşıb və o, dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, O. Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.

Seçilən
16
8
gender.az

10Mənbələr