RU

Bu universitetin professoru vəfat etdi

GƏNCƏ, 4 fevral. TELEQRAF

Gəncə Dövlət Universitetinin (GDU) Riyazi analiz kafedrasının müdiri,fizika-riyaziyyat elmləri doktoru, professorOrucəli Rzayev vəfat edib. Teleqraf-ın Qərb bürosu xəbər verir ki, mərhumun səhəti anidən ağırlaşıb və o dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, O. Rzayev 1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008- 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olub. 2023-cü ildən GDU-nun Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyirdi.vəzifəsində işləyirdi.

Mərhum 2011-ci ildə Azərbaycan Respublikası Przidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 10 may 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Избранный
25
5
teleqraf.com

10Источники