RU

Matça doğru: “Sabah” ciddi itkilər, “Qəbələ”də üzlər gülür 

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda oyuna itkilərlə çıxacaq. “Sabah”da zədəsi davam edən oyunçular – Şafranko və Mikels bugünku matçda meydana çıxa bilməyəcək.

“Qəbələ”də isə üzlər gülür. Komandanın heyətində cəzalı və zədəli futbolçu yoxdur.

“Sabah” – “Qəbələ” qarşılaşması bu gün saat 19:30-da start götürəcək.

Избранный
28
1
idmanxeber.az

2Источники