Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda oyuna itkilərlə çıxacaq. “Sabah”da zədəsi davam edən oyunçular – Şafranko və Mikels bugünku matçda meydana çıxa bilməyəcək.
“Qəbələ”də isə üzlər gülür. Komandanın heyətində cəzalı və zədəli futbolçu yoxdur.
“Sabah” – “Qəbələ” qarşılaşması bu gün saat 19:30-da start götürəcək.