Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.
Day.Az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Rasim Məmmədov 1999-cu ildə "Tərəqqi", 2019-cu ildə isə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.