BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.
aia.az xəbər verir ki, R.Məmmədov 76 yaşında dünyasını dəyişib. O, 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib.
2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.
Mərhum 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.
aia.az