BAKI, 4 fevral. TELEQRAF
Klubumuz heyətini gənc və perspektivli azərbaycanlı futbolçu Nazim Hüseynov ilə gücləndirib.
18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Nazim Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. Yaradıcı oyun üslubu, texnikası və meydanda qərarvermə bacarığı ilə seçilən futbolçu hücum xəttində komandaya əlavə imkanlar qazandırmağı hədəfləyir.
Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq “Qəbələ” İK-in formasını geyinib.