AZ

“İmişli”də 18 yaşlı hücumçu

“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb.

18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb. Nazim Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq “Qəbələ”nin formasını geyinib.

Qeyd edək ki, “İmişli” bunadək Dioqo Kardozunu transfer edib.

Seçilən
45
2
msport.az

5Mənbələr