Bu gün kişi voleybolçuların Yüksək Liqasında 12-ci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun son oyun günündə iki görüş keçiriləcək.
Saat 16:00-da “Neftçi” “Murov Az Terminal”la, 18:00-da isə “Ordu” “Xilasedici” ilə qarşılaşacaq.
Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.