AZ

Azərbaycan Yüksək Liqası: "Abşeron" UNEC üzərində qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunu keçirilib.

"Far.Az" xəbər verir ki, UNEC-lə qarşılaşan "Abşeron" 3:0 (26:24, 25:21, 26:24) hesablı qələbəyə sevinib.

Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Qeyd edək ki, XI tura sabah yekun vurulacaq.

Seçilən
17
38
far.az

10Mənbələr