RU

Azərbaycan Kuboku: 1/4 final 2 oyunla başlayır

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Saat 17:00-da “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

“Sabah” – “Qəbələ” görüşü isə saat 19:30-da start götürəcək. Bu oyun “Bank Respublika Arena”da reallaşacaq. Raundun cavab matçları martın əvvəlində təşkil ediləcək.

 

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

 

4 fevral

17:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

19:30. “Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Bank Respublika Arena”

 

Qeyd edək ki, fevralın 5-də 1/4 final mərhələsinin “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları keçiriləcək.

Избранный
13
14
msport.az

10Источники