Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Milyarder və azyaşlıların cinsi istismarı və fahişəliyə məcbur edilməsi ittihamı ilə tanınan Ceffri Epşteynin işi ilə bağlı yeni sənədlərdə bir çox məşhurun adı hallanır.
Axşam.az xəbər verir ki, onlar arasında Beyonsun həyat yoldaşı Cey-Z, həbsdə olan keçmiş prodüser Harvi Vaynşteyn, aktyor və “30 Seconds to Mars” qrupunun solisti Cared Leto, reper Puşa T və digərləri var.
FTB-nin (Federal Təhqiqat Bürosu) hesabatına görə, anonim bir qadın bildirir ki, bir neçə il ərzində ona narkotik verilib və zorlanıb. O iddia edir ki, bu müddətdə Puşa T onun yanında olub və ona təzyiq göstərib. Qadın əlavə edir ki, bir dəfə oyananda yanındakı otaqda Cey-Zi və Harvi Vaynşteyni görüb.
Cared Letonin adı isə Epşteynin e-poçt yazışmalarında keçir. Bir məktubda Epşteyn bir dostuna yazıb:
"Cared Leto əla iş gördü! Sabah onun qrafiki necədir?".
Bu ifadənin Epşteynin cinsi cinayətlərilə bağlı olub-olmaması polis tərəfindən araşdırılacaq.
Qeyd olunur ki, Cey-Zi, Harvi Vaynşteyn və Puşa T haqqında məlumatlar FTB-yə təqdim edilmiş və Epşteyn işi araşdırılarkən arxivlənmiş sənədlərdə yer alıb. ABŞ Ədliyyə Nazirliyi bu sənədləri Prezident Donald Trampın işlərin şəffaflığı qanunu çərçivəsində açıqlayıb.
Lakin hazırda bu məşhurlara qarşı heç bir rəsmi araşdırma aparılmayıb, çünki məlumatlar Epşteynin şəxsi qeydlərindədir və ya hüquq-mühafizə orqanlarının rəsmi hesabatlarında yer almır.
Əvvəlki sənədlərdə həmçinin Epşteynin latviyalı model Marta Berzkalna ilə yazışmaları və Rusiya iş adamı Ömər Cəbrayılovun şəkilləri tapılıb.
Xatırladaq ki, bir neçə il əvvəl milyarder Ceffri Epşteyn bir çox cinsi cinayətlərdə, o cümlədən azyaşlılarla bağlı zorakılıqda ittiham olunub. 2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.
Bir il əvvəl Epşteynin ən məşhur qurbanlarından olan Virciniya Cuffer intihar edib. Virciniyanın ifadələrinə görə, Epşteyn onu güclü şəxslərə cinsi istismar üçün "icarəyə" verirdi. Virciniya Epşteynə qarşı ilk dəlil göstərən və Böyük Britaniya kraliçasının oğlu Şahzadə Endryunu cinsi zorakılıqda ittiham edən şəxs idi. Virciniyaya 12 milyon funt-sterlinq kompensasiya ödənilib, şahzadə isə titullardan məhrum olunub. Ölməzdən əvvəl Virciniya xatirələrini yazaraq yaşadığı bütün hadisələri qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.