RU

Qayıdış hekayəsi: 113 yaşlı Xeyrənisə nənənin gerçəkləşən Kəlbəcər arzusu - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Kəlbəcərlə bağlı videoreportaj hazırlanıb.

Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.

“Ölkəmizin ən yaşlı sakinlərindən biri, ömrünün bir əsrindən çoxunu geridə qoyan 113 yaşlı Xeyrənisə nənənin (Xeyrənisə Baxışəliyeva) illərdir qəlbində böyütdüyü Kəlbəcər nisgili vüsalla əvəz olunub. Təqdim olunan videoreportajda, bir insanın vətən sevgisinin zamanı və məsafələri necə məğlub etdiyinə şahidi oluruq.

Videoreportajda iki fərqli dövrün müqayisəli mənzərəsi yaradılıb: 2024-cü ildə Kəlbəcərə hələ böyük köç başlamazdan əvvəl lentə alınan müsahibədə Xeyrənisə Baxışəliyeva gözlərindəki kədər və torpaq həsrəti ön plandadır. O, doğma yurduna qayıdacağına olan sarsılmaz inamını ifadə edir, hər gününü o günü görmək arzusu ilə yaşayır.

2025-ci ildə Kəlbəcərin azad nəfəsi altında, artıq öz yurdunda çəkilən müsahibədə isə Xeyrənisə nənə artıq qonaq deyil, ev sahibidir. Videoda onun Kəlbəcərin hər bir daşına, havasına olan bağlılığı və qayıdışdan sonra sanki yenidən doğulması əks olunub”, - məlumatda qeyd edilib.

Избранный
1
8
apa.az

9Источники